Qadin.NET / Dünya Rəssamlıq Akademiyasının Bakı ofisi Beynəlxalq sərgiyə hazırlaşır

Dünya Rəssamlıq Akademiyasının Bakı ofisi Beynəlxalq sərgiyə hazırlaşır

12 may 2015-ci il tarixində Dünya Rəssamlıq Akademiyasının Bakı ofisinin Rəyasət Heyətinin növbəti toplantısı keçirildi.Toplantıda cari il üçün Bakı ofisinin fəaliyyət planı müzakirə edilib. Müzakirələr nəticəsində 29 may 2015-ci ildə 28 May - Respublika Günü və Bakıda keçiriləcək Birinci Avropa Oyunları münasibəti ilə Akademiyanın həqiqi və müxbir üzvlərinin yaradıcılıq işlərindən ibarət beynəlxalq sərginin keçirilməsi qərara alınıb.Ekspozisiyada rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdiriləcək.Bununla əlaqədar olaraq Akademiyanın Bolqarıstan, Türkiyə, Rusiya Federasiyasından olan üzvlərə rəsmi dəvət də göndərilmişdir.10 iyun 2015-ci il tarixinə kimi davam edəcək sərginin açılışı Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Nizami 19, döngə 6 ünvanında yerləşən Sənət evində baş tutacaq.

 

Mənbə: Milli.Az

13 may 2015
GO BACK