Qadin.NET / Antalyada Qarabağ müzakirəsi

Antalyada Qarabağ müzakirəsi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO üzv dövlətlərinin xarici işlər nazirlərinin iclası ərəfəsində NATO-nun əsas beyin mərkəzi sayılan Atlantik Müqaviləsi Assosiasiyası (ATA) tərəfindən təşkil olunan “Gənclərin Nazirlər İclası”nda çıxış edib.
XİN-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazir BMT-nin qətnamələrindən danışaraq deyib ki, ikili standartlar nəticəsində BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri yerinə yetirilmir. Bildirilir ki, Elmar Məmmədyarov çıxışında Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirilən missiyalarına töhfəsi və iki ölkə arasında münasibətlər barədə danışıb.
Dağlıq Qarabağ probleminə də toxunan XİN başçısı deyib ki, ikili standartlara əsaslanan yanaşma nəticəsində BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrin tələbləri hələ də icra edilməyib.
Görüşdə Elmar Məmmədyarov tədbir iştirakçılarının Azərbaycanın enerji siyasəti, TANAP və TAP layihələri, geostrateji əhəmiyyəti və regiondakı rolu barəsində çoxsaylı suallarını cavablandırıb.

 

Mənbə: ANS PRESS

13 may 2015
GO BACK