Qadin.NET / Mobil telefon həftədə 2 günü "yeyir"

Mobil telefon həftədə 2 günü "yeyir"

Hər gün ortastatistik britaniyalı smartfondan istifadəyə 2 saat 13 dəqiqə və ya həftədə 16 saat sərf edir ki, bu da tam iki iş gününə bərabərdir. Onların dörddə bir hissəsi həmçinin mobil telefonu gündə 50 dəfə yoxlayır.Milli.Az ICTnews-a istinadən bildirir ki, Böyük Britaniya əhalisinin üçdə biri (29 faiz) yatmazdan əvvəl mobil telefonu yoxlayır, 18 faiz bunu oyanandan dərhal sonra edir, 14 faiz gecə ayılan zaman mobil telefona baxır. Gənclər isə telefonlardan daha çox istifadə edirlər. 18-24 yaşlı insanların təxminən yarısı (46 faiz) hər 15 dəqiqədə bir dəfə mobil telefonunu yoxlayır. Bundan əlavə, böyükyaşlı istifadəçilər də mobil asılılıqdan əziyyət çəkirlər. Belə ki, böyükyaşlı insanların hər on nəfərdən biri telefonu tez-tez yoxlayır. 

İstifadəçilərin mobil telefona sərf etdikləri vaxtın az hissəsini zənglər və SMS-bildirişlər tutur. Mobil telefonla digər istifadəçi ilə əlaqə yaratmaq üçün ortastatistik istifadəçi həftədə üç saata yaxın vaxt sərf edir. Smartfonlardan əsasən sosial şəbəkə səhifələrinə, qurğuda axlanılan fotoşəkillərə baxmaq, eləcə də onlayn rejimdə alış-veriş etmək və ya bank əməliyyatları üçün istifadə olunur.
 Britaniyalıların selfieyə həftədə 35 dəqiqə vaxt sərf etməsi onun getdikcə daha çox populyarlaşmasından xəbər verir. Onlar həmçinin bir o qədər vaxtı ön kameradan güzgü əvəzinə istifadəyə sərf edirlər.
 
Mənbə: Milli.Az
13 may 2015
GO BACK