Qadin.NET / 19 ölkə alimi Şəkidə

19 ölkə alimi Şəkidə

19 ölkədən gələn alimlər Qax və Şəkiyə səfər ediblər. ANS TV-nin məlumatına görə, qonaqların bölgəyə səfəri Qaxın İlisu kəndindəki tarixi məkanları ziyarətlə başlayıb. Onlar əvvəlcə XVII-XVIII əsrlərdə inşa edilən Sumuq qala və Ulu körpü ilə tanış oldular. Daha sonra Qaxingiloy kəndində yerləşən Müqəddəs Georgi kilsəsi ziyarət edildi. 
Xaricilər Qax rayonunda milli azlıqların adət-ənənələrinə hörmətlə yanaşılmasını və dini tolerantlığın yüksək səviyyədə qorunmasını müşahidə etdiklərini bildirdilər. 
Şəki ilə tanışlığa Cümə Məscidi və Şərq memarlığının nadir incisi hesab olunan Şəki Xan Sarayı ilə başlanıldı. Almaniyalı qonaq ilk Avropa Oyunlarının keçirilməsi üçün Bakının ideal seçim olduğunu vurğuladı. 
Almaniyalı qonaq Ulrike Fisenhut qeyd etdi ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bütün dünyadan gələn qonaqların buranı yaxından tanımaq və burdakı qonaqpərvərliyi görmək imkanı yaradır. 
Səfər zamanı “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Qaxın Qum, Qəbələnin Nic və Zaqatalanın Əliabad qəsəbəsindəki məktəblər arasında “Qardaşlaşma sazişi” də imzalandı.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov bildridi ki, müxtılif bölgələrin 3 orta məktəbinin şagirdləri “Qardaşlaşma” sazişi imzaladılar. Bu layihə Bilik Fondunun layihəsidir.
Türkiyə, Rusiya, Belarus daxil olmaqla 19 ölkədən gələn qonaqlar Şimal-Qərb bölgəsinə etdikləri səfərdən və burada gördüklərindən məmnun qaldıqlarını bildirdilər.

Mənbə: ANS PRESS

12 may 2015
GO BACK