Qadin.NET / Köhnə metro kartlarını nə edək?

Köhnə metro kartlarını nə edək?

Gediş haqqına görə vahid kart sistemi Bakı Metropolitenində istifadə etmək üçün hazırdır və I Avropa Oyunları başa çatdıqdan sonra onun Bakının digər ictimai nəqliyyat növlərində tədricən tətbiqinə başlanılacaq.Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat nazirinin müaviniMusa Pənahov Bakıda keçirilən 14-cü Beynəlxalq "Nəqliyyat, tranzit və logistika" və 5-ci Yubiley Xəzər Beynəlxalq "Yol infrastrukturu və ictimai nəqliyyat" sərgisinin açılışı zamanı deyib.Onun sözlərinə əsasən, "Bakı Kart" prosessinq mərkəzi vahid nəqliyyat kartlarına xidmət göstərməyə hazırdır: "Bu layihə çərçivəsində Bakı Metroplitenində hazırda istifadə edilən kartların eyni qiymətə olan yeni kartlarla dəyişdirilməsi nəzərdə tutulur".Yeni kartın qiyməti 2 manat olacaq.
Mənbə: Milli.Az

12 may 2015
GO BACK