Qadin.NET / Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq

 

Sabah da yağış yağacaq

Sabah ölkə ərazisində hava yağıntılı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14Лљ, gündüz 17-22Лљ isti olacaq.
Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 10-15Лљ, gündüz 20-25Лљ, dağlarda gecə 5-10Лљ, gündüz 11-16Лљ isti olacaq.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 15-i gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.

 

Mənbə: ANS PRESS

12 may 2015
GO BACK