Qadin.NET / Repetitorlara qadağa qoyuldu

Repetitorlara qadağa qoyuldu

 

Mingəçevirdəki ümumtəhsil məktəblərində aparılan monitorinqin nəticələrinə görə, şagirdlərin dərsə davamiyyəti aşağı səviyyədədir. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Mingəçevir ŞTŞ-in müdir müavini Raifə Mürşüdova bildirir ki, dərslərdən daha çox yayınanlar yuxarı sinif şagirdləridir. Bunun səbəbi isə onların repetitor yanına getmələridir:
"Xüsusən də 11-ci siniflərdə. Biz çalışırıq ki, valideynlərlə mütəmadi əlaqə saxlayaq. İl ərzində məktəb rəhbərləri, sinif rəhbərləri valideynlərlə əlaqə saxlayaraq, bu problemləri aradan qaldırmağa çalışıblar. Şəhərdə repetitorlarımız çoxdur və onların hamısına tapşırılıb ki, səhər-səhər hazırlıq etməsinlər".
Dərsə davamiyyəti az olanlar qismən də kiçik yaş qrupunda təhsil alan məktəblilərdir. Ancaq onların məktəbə gedə bilməmələrinin səbəbi repetitorlarla deyil, sağlıq durumları ilə əlaqələndirilir: 
"5-9-cu siniflərimizdə davamiyyət normaldır. Uşaqlarımız hazırlıqla bağlı deyil, xəstəlik və digər səbəblərdən işdən qala bilərlər".
Bildirək ki, yoxlamalar nəticəsində aşkar olunan nöqsanlarla bağlı məktəb rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

Mənbə: Milli.Az

12 may 2015
GO BACK