Qadin.NET / Rusiya Ukraynanın daha bir regionunu özünə birləşdirir

Rusiya Ukraynanın daha bir regionunu özünə birləşdirir

 

 

Donetsk vilayətinin Topez şəhərinə regionun Rusiyaya birləşdirilməsi üçün referendumla bağlı külli miqdarda bülleten gətirilib.Milli.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Antiterror Əməliyyatlarının (ATO) mətbuat mərkəzinin rəsmi Facebook səhifəsində yazılıb. 
"Bu günlərdə Topezə hərbi texnika və döyüş sursatları ilə dolu eşelonlar gətilib. Digər yüklərlə yanaşı, eşelonlarda keçiriləcək referendumlarla bağlı bülletenlər də var. Referendum bölgənin Rusiyaya birləşdirilməsini nəzərdə tutur", - məlumatda deyilir. 
Xatırladaq ki, Rusiya bundan əvvəl Ukraynanın Krım bölgəsini də referendum yolu ilə öz ərazilərinə qatmışdı. 

Mənbə: Milli.Az

12 may 2015
GO BACK