Qadin.NET / Ordumuz böyük təlimə başlayır

Ordumuz böyük təlimə başlayır

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başlayıb.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.
Təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə həyata keçiriləcək.
Təlimlər mayın 16-dək davam edəcək.

Mənbə: ANS PRESS

12 may 2015
GO BACK