Qadin.NET / Bu şəkil üçün 179,4 milyon $ saydılar

Bu şəkil üçün 179,4 milyon $ saydılar

 

Bu şəkil üçün 179,4 milyon $ saydılar

Nyu-Yorkda Christie's auksionuda Pablo Pikassonun “Əlcəzair qadınları (O versiyası)” rekord qiymətə satılıb.ANS PRESS-in məlumatına görə, hərrac evinin rəsmi saytı şəkiln 179 milyon 366 min dollara satıldığını bildirir. 
İncəsənət mütəxəssislərinin məlumatına əsasən bununla da şəkil hazırki vaxta görə hərracda ən bahalı qiymətləndirilən sənət əsəri sayılır. 
Şəkil rəssam tərəfindən 1955-ci ildə çəkilib və Anri Matisin xatirəsinə həsr olunub. Şəkilin ilkin dəyəri 149 milyon dollar qiymətləndirilirdi. 
Daha əvvəl olduğu kimi bu dəfə də bahalı əsərin yeni sahibinin adı məxfi saxlanılıb.
Bundan başqa hərracda Alberto Cakomettinin “İşarə edən adam” bürünc heykəli 141 milyon dollara satılıb. Bu da, günümüzə kimi satışlarda heykələ verilən ən böyük məbləğdir. 
Bürüncdən hazırlanan 180 santimetrlik heykəl İsveçrə ustası tərəfindən 1947-ci ildə hazırlanıb. Cakomettinin bundan əvvəlki ən bahalı heykəli “Addımlayan adam I” olub. Heykəl 2010-cu ildə 104 milyon dollara satılmışdı.
Mənbə: ANS PRESS

 

12 may 2015
GO BACK