
Türkiyənin I dəstəsində XXXII turun oyunları keçirir.Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Kamran Ağayevin məxsus olduğu "Kayserispor" klubu Cavid İmamverdiyevin sabiq komandası "Elazığspor"un qonağı olub.
Kamran zədəli olduğu üçün yenə "18-liy"ə salınmayıb. Amma onun qapı xəttindəki rəqibi olan Kayacan Ərdoğan ardıcıl 4-cü oyunda da qoruduğu "çərçivə"dən top buraxmayıb. Belə ki, "Kayserispor" 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, ardıcıl 3 qolsuz heç-heçədən sonra qələbə qazanan "Kayserispor" xalını 66-ya yüksəldib. Superliqada çıxış edəcəyi 1 tur əvvəldən bilinən Kamran Ağayevin komandasının bu qələbədən sonra aşağı dəstənin çempionu olduğu da rəsmiləşib.
Mənbə: Milli.Az