Qadin.NET / Mağazalar nağd pul qəbul etməyəcək

Mağazalar nağd pul qəbul etməyəcək

 

Danimarka hökuməti nağdsız hesablaşmalar cəmiyyətinə keçidi sürətləndirəcək yeni islahatlar hazırlayıb. Belə ki, ölkə hakimiyyəti bir sıra mağaza, restoran və digər ticarət nöqtələrinə ödənişi nağd pulla edən müştərilərə xidmət göstərməmək üçün icazə verib.Milli.Az İCT nevs-a istinadən bildirir ki, bu tələblər 2016-cı ilin əvvəlindən etibarən hazırkı hakimiyyətin seçkiqabağı kampaniyası çərçivəsində qüvvəyə minəcək. Yeni iqtisadi siyasətə əsasən, pərakəndə satışla məşğul olan geyim mağazaları, kafe və yanacaqdoldurma məntəqələri bundan sonra nağd pulun qəbulunu nəzərdə tutan normalara riayət etməyə bilərlər.

 

Plana uyğun olaraq ərzaq mağazaları, poçt şöbələri, apteklər, həkimlər və stomatoloqlar müştərilərə həm nağd, həm nağdsız ödənişlə xidmət göstərəcəklər.
Layihə parlament tərəfindən təsdiqlənməlidir.
Hökumət hesab edir ki, təklif pərakəndə satışla məşğul olanlara təzyiqi xeyli azaldacaq. Çünki nağd ödənişlərin qəbulu əlavə maliyyə və inzibati yüklənməyə səbəb olur.
Danimarka əhalisi kart ödənişlərinə fəal şəkildə keçir. Bu səbəbdən əksər istifadəçilər üçün hökumətin yenilikləri hiss edilmədən keçəcək.
Danimarka Ticarət Palatasının nümayəndələri qeyd edib ki, bu addım xərcləri azaldacaq və ödənişlərin qəbulunu asanlaşdıracaq.
Mənbə: Milli.Az
12 may 2015
GO BACK