
21-22 mayda Riqada keçirilən Şərq tərəfdaşlığı sammitindən sonra Ermənistan və Azərbaycan təmsilçilərinin görüşəcəyindən bəhs edən Qriqoryan ümidsiz danışıb: “Hətta Riqada hansısa sənəd imzalanacaqsa, bunu şişirtməmək lazım deyil, çünki Rusiyadan asılılıq hələ də yüksəkdir”.
Onun fikrincə, Moskva istənilən yolla Qarabağa ordu yeritməyə cəhd edəcək: “Moskva Ermənistanın ABŞ və Avropa Birliyi ilə münasibətlər qurmasına qarşı təzyiqləri artıracaq. Bu təzyiqin vasitəsi ilə Rusiya növbəti dəfə regiona “sülhməramlılar” yeridə bilər".
Mənbə: Milli.Az