Qadin.NET / Günəşdə alışma: 1 həftəlik qasırğalar başlayır

Günəşdə alışma: 1 həftəlik qasırğalar başlayır

Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, 1 həftə davam edəcək qasırğanın gücü zəif olacaq.Onun sözlərinə görə, maqnit qasırğalarının gücü J1-dən J9-a qədərdir: “Yaxın günlərdə müşahidə ediləcək maqnit qasırğaları J1 gücündə olan zəif qasırğalar olacaq. 

Maqnit qasırğası sabahdan başlayır və mayın 18-dək davam edəcək. Maqnit qasırğaları müəyyən fasilələrlə olacaq, bir müddət davam edəndən sonra səviyyəsi aşağı düşəcək və mayın 17-18-də sonuncusu müşahidə ediləcək. Bununla da, maqnit qasırğaları başa çatacaq. Onların hamısı zəif qasırğadır və insanlara ciddi təsiri olmayacaq”.
N.Cəlilov əlavə edib ki, maqnit qasırğaları Günəşdə 3 gün öncə baş verən alışmaların nəticəsidir: "Günəş diskinin ortasında alışmalar baş verib, ayrılan plazma axını yerə doğru yönəlib. Bunun da nəticəsində sabahdan etibarən Yerdə maqnit qasırğaları gözənilir".
Mənbə: Milli.Az
11 may 2015
GO BACK