Qadin.NET / Türklərə qarşı yeni erməni tələbi

Türklərə qarşı yeni erməni tələbi

Erməni kilsəsinin katalikosu II Qaregin Türkiyəyə qarşı tələblə çıxış edib. ANS PRESS-in məlumatına görə, erməni keşiş bu barədə fikirlərini “Amerikanın səsi” radiosuna müsahibə verərkən səsləndirib. 
Onun sözlərinə görə, Eçmiədzin kilsəsi Türkiyəyə qarşı müsadirə edilmiş kilsə əmlakının qaytarılması ilə bağlı tələb irəli sürə bilər. 
Xatırladaq ki, ermənilərin ikinci böyük kilsəsi - Livandakı Kilikiya katolikosluğu da Türkiyəyə qarşı ərazi iddiası qaldırıb. Katalikos Birinci Aramın rəhbərlik etdiyi kilsə Türkiyə Konstitusiya Məhkəməsinə müraciət edərək Adana vilayətinin Kozan bölgəsində yerləşən Kilikya Monastırının mülkiyyətinin qaytarılmasını tələb edib.
Türkiyə mətbuatı bunun erməni diasporunun 1915-ci il hadisələrinin 100-cü ildönümündə apardığı müzakirələrdən sonra Türkiyəyə qarşı başlanmış yeni kampaniya kimi dəyərləndirib. Erməni mətbuatının yazdığına görə, Kilikiya katolikosluğu 1295-ci ildən 1921-ci ilə kimi Kozanda yerləşib. Daha sonra katolikos Qüds, Hələb, Dəməşq və Kiprə köçüb. 1930-cu ildən Livanın Antilias şəhərinə köçüb. 

Mənbə: Milli.Az

11 may 2015
GO BACK