Qadin.NET / Bakı metrosunda yenilik

Bakı metrosunda yenilik

Bakı metrosunda yeni məlumatlandırıcı tabloların vurulmasına start verilib. ANS PRESS-in məlumatına görə, Bakıda keçiriləcək I Avropa Oyunları zamanı şəhərə gələcək turstlərin rahat hərəkət etmələri üçün vurulan məlumatlandırıcı tablolarda informasiya Azərbaycan və ingilis dilindədir.Tablolar diqqəti cəlb etmək üçün sarı rəngdədir. Onları əsasən metronun çıxışlarında görmək mümkündür.Məlumatlandırıcı tablolar metronun, demək olar ki, bütün stansiyalarına vurulacaq.Bundan başqa, stansiyaların içərisində də Azərbaycan və ingilis dilində lazımi elanlar vurulur.

Mənbə: Milli.Az

11 may 2015
GO BACK