Qadin.NET / Göz ətrafına günəşdən qoruyucu krem çəkmək niyə vacibdir?

Göz ətrafına günəşdən qoruyucu krem çəkmək niyə vacibdir?

Demək olar ki, hər kəs, xüsusən də, yay aylarında günəşdən qoruyucu kremlərdən istifadənin vacib olduğunu bilir.
Ancaq bir çox insan bədəninə və üzünə günəş kremi çəksə də, göz ətrafına çəkməyi unudur.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər bunun çox təhlükəli olduğunu bildirirlər.
Nəzərə alsaq ki, göz ətrafındakı dəri, üz dərisindən 10 dəfə daha həssasdır, deməli, bu bölgədə dəri xərçənginin yaranması ehtimalı da daha böyükdür.
Odur ki, unutmayın, göz ətrafındakı dəri gözünüzə kiçik görünə bilər, ancaq bu, həmin bölgəyə qulluq etməməyə əsas vermir. Çünki mütəxəssislər müşahidələrinə əsaslanaraq, dəri xərçənginin ən çox bu bölgədə yarandığını vurğulayırlar.
Unutmayın ki, hər günəşdən qoruma faktorlu kremi göz ətrafına çəkmək olmaz.
Krem alarkən onun tərkibinə nəzər yetirin. Kremin tərkibi barədə məlumat, əsasən, qutuda və ya qablaşdırmanın arxasında yazılır.
Göz ətrafı üçün seçəcəyiniz günəş kreminin tərkibində mütləq sink və titanyum dioksit olmalıdır. Krem ən az 30 qoruma faktorlu olmalıdır.
“Oksibezon” və “avobenzon” ehtiva edən kremləri almağınız məsləhət deyil. Bu şərtlərə uyğun olduğu halda üzünüzə çəkdiyiniz günəşdən qoruyucu kremi göz ətrafında da istifadə edə bilərsiniz. Ancaq ən yaxşısı bu bölgə üçün xüsusi olaraq hazırlanmış kremlərə müraciət etməkdir.
Göz ətrafı dəriylə yanaşı, gözlərinizi də qorumaq istəyirsinizsə, günəş eynəyinə arxalanmayın.
Günəşin mənfi şüalarından göz makiyajıyla müdafiə olunmağınız daha ağıllı seçim ola bilər.
Göz içinə çəkilən qara qələm və göz ətrafına çəkilən sürmə ilk dəfə Misirdə, məhz gözləri günəşdən qorumaq məqsədilə istifadə olunub.
Odur ki, siz də bu sınanmış vasitədən istifadə edə bilərsiniz.
Qara rəngli qələm və ya sürmə gözlərinizi günəşdən qoruyacaq.
Ancaq bütün bu tədbirlərə baxmayaraq, günəşli havada evdən şapka və eynəksiz çıxmayın.

 

Mənbə: Milli.Az

11 may 2015
GO BACK