Bu gün ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Tour d`Azerbaidjan-2015” beynəlxalq veloyürüşünün yekun – Bakı mərhələsi başa çatıb.Trend-in məlumatına görə, beşinci mərhələnin yekunu üzrə birinci yeri "Rusvelo" komandasından Sergey Firsanov, ikinci yeri Qazaxıstan yığmasından Aleksandr Şuşemoin, üçüncü yeri isə "Synergy Baku"dan Matey Muqerli tutub.
Ümumi nəticədə Primoj Roqlits ("Adria Mobayl") lider, M.Muqerli isə ikinci olub. P.Roqlits həm də şəxsi göstəricidə qalib olub.
"Synergy Baku"nun üzvü Maksim Averin veloturun ən yaxşı azərbaycanlı iştirakçısı olub.
Mənbə: Milli.Az