Qadin.NET / Hamısına cəmi bir kart!

Hamısına cəmi bir kart!

Bakıda nəqliyyat vasitələrində vahid kart sistemi dəmiryol nəqliyyatında da tətbiq ediləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.C.Qurbanov bildirib ki, yeni ödəmə katları Bakı metrosunda, avtobus və digər nəqliyyat vasitələrində, o cümlədən dəmiryolda istifadə ediləcək.
O, qeyd edib ki, Bakı Dəmiryol Vağzalının yenidən qurulması çərçivəsində köhnə platformaların bərpası, yeni turniketlərin quraşdırılması istiqamətində işlər görülür.

 

Mənbə: Milli.Az

11 may 2015
GO BACK