Araz çayına axan daşqın, sel və qar sularının Ermənistanın fermer təsərrüfatlarına pulsuz verilməsi Azərbaycanın su təsərrüfatına heç bir mənfi təsir göstərməyəcək.
ANS PRESS-in məlumatına görə, bunu Trend-ə Azərbaycan Respublikası meliorasiya və su təsərrüfatı açıq səhmdar cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib.
Araz çayının keçdiyi ölkələr üçün ümumi çay olduğunu deyən Ə.Əhmədzadə bildirib ki, ermənilər bu çayın suyundan daim istifadə ediblər: “Araz çayının suyundan onlar da istifadə ediblər. Bu çayın suyu tək bizim deyil, ümumidir. Arazın aşağı sularında onların bu sudan necə istifadə elədiyini isə biz bilmirik”.
Qeyd edək ki, Ermənistan hökumətinin bu yaxınlarda qəbul etdiyi qərara görə, Araz çayına axan daşqın, sel və qar suları fermer təsərrüfatlarına pulsuz veriləcək.
Mənbə: ANS PRESS