Avropa Oyunları ərəfəsində Bakı qəsəbələrinə elektrik qatarlarının gedişi bərpa ediləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.Qurbanovun sözlərinə görə, elektrik qatarları Bakı dəmiryolu vağzalından və metronun "Koroğlu" metro stansiyasından istifadəyə veriləcək.
Mənbə: Milli.Az