Qadin.NET / Avropanın bəxti gətirdi ki, Avropa Oyunlarını məhz Azərbaycan keçirir

Avropanın bəxti gətirdi ki, Avropa Oyunlarını məhz Azərbaycan keçirir

 

 

Avropanın bəxti gətirdi ki, I Avropa Oyunlarını məhz Azərbaycan keçirir. Bunu Trend-ə Litvanın Avropa Oyunlarındakı nümayəndə heyətinin rəhbəri Einius Petkus deyib.
O, qeyd edib: "Nəhayət ki, idmanın müxtəlif növlərinin nümayəndələrinin bir qitədə birləşəcəyi tədbirimiz olacaq. Bu, çox maraqlı və cəlbedici çağırışdır. Avropa Oyunları qitə idmançılarının Olimpiya Oyunlarında daha çox medal qazanmasına xidmət edəcək".
E.Petkus bildirib ki, Azərbaycan Oyunların keçirilməsinə yaxşı hazırlaşıb, yaradılmış infrastruktur digər belə tədbirlərin təşkilinə də kömək edə bilər: "Əminik ki, atletlərimizin məşq etməsi və yarışması üçün yaxşı şərait olacaq. Bakı gözəl şəhərdir, arenalar heyrətləndirir, görünür ki, idman bu ölkə üçün çox vacibdir".
Mənbə: Milli.Az
10 may 2015
GO BACK