İsveçin telekommunikasiya nəhəngi olan Ericsson şirkəti Almaniya, Böyük Britaniya və Hollandiyanın məhkəmələrində Apple korporasiyasına qarşı iddia qaldırıb.
İddianın mahiyyəti mobil telefon və planşetlərdə Ericsson şirkətinin texnologiyalarından istifadə zamanı patent hüququnun pozulmasıdır. "Hazırda Apple şirkəti Ericssonun texnologiyalarından istifadəyə görə lisenziyaya malik deyil, amma ABŞ şirkəti lisenziya müddəti başa çatmış qurğularını satmağa davam edir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Ericsson və Apple arasında artıq uzun müddətdir patent mübahisəsi davam edir. Apple şirkəti İsveç nəhənginin iddiasına belə cavab verir ki, Ericsson lisenziya üçün böyük məbləğ tələb edir.
"Apple şirkətinin başqa texnologiyalardan istifadəyə görə ödəmək istəməməsi bütün bazara zərər vura bilər, çünki bu halda patent sahibləri öz həllərini başqa şirkətlərə təqdim etməyəcək" – konsernin patent strategiyasının şöbə rəisi Qustav Brismark bildirib.
Mənbə: Milli.Az