IBM şirkətinin nümayəndəsi məlumat verib ki, onun mühəndisləri tərəfindən hazırlanmış Watson superkompüteri 14 mərkəzdə quraşdırılacaq və onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək edəcək.
Sistem malik olduğu optimallaşdırılmış məlumat bazası sayəsində mərkəzin xəstəsini maraqlandıran istənilən suala adi dildə cavab verə bilər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Watson xəstələrin müalicəsində kompüterlərdən istifadə imkanlarını artırır və onlarda dezoksiribinuklein turşusunun təhlilinə, həmçinin tədqiqatların nəticələri və tibbi ədəbiyyata əsaslanır.
Watson superkompüteri xərçəng xəstəliyinin təhlili və müalicəsindən ötrü ən yaxşı variantların seçimi üçün lazım olan müddəti qısaltmağa kömək edir.
Qeyd edək ki, IBM şirkəti 2013-cü ildə onkoloji xəstəliklərin müalicəsində Watson superkompüterindən istifadəyə başlayıb.
Mənbə: Milli.Az