Qadin.NET / Kim dünyanı qorxuya saldı

Kim dünyanı qorxuya saldı

Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni ballistik raketlərini sınaqdan keçirib.
ANS PRESS-in məlumatına görə, bu barədə mayın 9-da ölkənin rəsmi informasiya agentliyi xəbər yaysalar da, 
sınağın nə vaxt və harada keçirildiyi barədə dəqiq məlumat yoxdur.
Bildirilir ki, Şimali Koreya lideri Kim Çen In sınaq yoxlanışında iştirak edib və bu raketi dünya səviyyəli silah adlandırıb. Sınaq uğurlu alınıb. 
Ekspertlərin fikrincə, KXDR-in bu addımı dünya üçün qorxuludur. Bu dövlət ballistik raket texnologiyasından istifadə etdiyinə görə BMT-nin sanksiyaları ilə üzləşsə də, vaxtaşırı ağır silahları sınaqdan keçirir.

 

Mənbə: ANS PRESS

10 may 2015
GO BACK