Qadin.NET / Kremlə iyunadək vaxt verildi

Kremlə iyunadək vaxt verildi

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları 2015-in sonuna, yaxud 2016-cı ilə kimi uzadılacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Polşanın xarici işlər naziri Qjeqoj Sxetın bildirib.
O deyib: "Düşünürəm ki, bu sanksiyaların müddəti mütləq uzadılacaq. Bunun ilin sonuna, yaxud gələn ilədək aradan qaldırılması isə Minsk razılaşmasının icrasından asılıdır." 
Onun sözlərinə görə, Minsk razılaşmasının şərtləri çox konkretdir. Onlar reallaşdırılmalıdır ki, sanksiyaların müddəti uzadılmasın.
Almaniya kansleri Angela Merkel deyib ki, Avropa İttifaqı bu ilin iyununda Rusiya Federasiyasına qarşı sanksiyaların uzadılması haqqında məsələyə baxmaq niyyətindədir. Sanksiyaların aradan qaldırılması Minsk razılaşmasının reallaşdırılması ilə bağlıdır.

 

Mənbə: ANS PRESS

10 may 2015
GO BACK