Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə QMİ-nin təşkilatçılığı ilə keçirilən konfransda bildirib.
A.Paşazadə Azərbaycan məscidlərində 8 may tarixində cümə namazı xütbələrində ulu öndərin xatirəsinin yad olunduğu barədə məlumat verib.
QMİ sədri qeyd edib ki, bundan əlavə, 9 və 10 may tarixlərində də məscidlərdə oxunan moizələrdə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri yad olunacaq, ruhuna dualar oxunacaq.
Mənbə: Milli.Az