Qadin.NET / Azərbaycanın bəzi yerlərində yağış yağacaq

Azərbaycanın bəzi yerlərində yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildiriblər ki, mayın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz güclənəcək.Havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.
Mayın 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

9 may 2015
GO BACK