Qadin.NET / Qızıl Meydanda möhtəşəm parad

Qızıl Meydanda möhtəşəm parad

Rusiyanın paytaxtı Moskvada İkinci Dünya Müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş parad başlanıb.Milli.Az RİA-ya istinadən bildirir ki, Rusiyada Qələbə Günü münasibətilə təntənəli tədbirlərin keçirildiyi ilk şəhər bu gün Petropavlovsk-Kamçatka olub. 
Daha sonra Yujno-Saxalinsk şəhərində parad olub.
Rusiyanın əksər şəhərlərində təntənəli tədbirlər başlanıb və bu zamanlar eksseslər də istisna olmayıb. Belə ki, Çita şəhərində mərkəzi meydandan keçid olarkən "Buk" zenit-raket kompleksi alışıb.
Moskvadakı Qızıl Meydanda paraddan sonra, yerli vaxtla saat 13:00-da bayram gəzintiləri başlayacaq.
Qızıl Meydandakı parada Rusiyanın müxtəlif şəhərlərindən 85 veteran qatılıb.
Paradda 16500 hərbçi iştirak ediblər. Onların arasında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Türkmənistan, Hindistan, Serbiya, Çindən olan hərbçilər də var.
Qızıl Meydandan 200 hərbi texnika keçəcək, parad əsnasında Moskva səmasında 143 təyyarə və helikopter olacaq.
Parad 4 hissədən (tarixi-rekonstruksiya qruplarının keçidi, piyada hərbçilərin keçidi, mexanikləşdirilmiş qrupların keçidi və Qızıl Meydanın səmasından aviasiyanın keçidi) ibarətdir.
Paradın fəxri qonaqları arasında 27 ölkənin liderləri, dövlət və hökumət başçıları, habelə beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, parlamentarlar, diplomatlar və s. var.
Dövlət başçıları arasında Azərbayan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və Ermənistan prezidentləri də yer alıblar.
Yubiley paradı bayramın tarixində ən genişmiqyaslı tədbirlərdən biri olacaq.
Paradın "müasir" hissəsində Rusiyanın ən son hərbi texnika və silahları nümayiş olunacaq.
Onların arasında BMD-4M, "Rakuşka" zirehli transportyoru, "YARS" qrunt ballistik raket kompeksi, "Armata" tankı, "Kurqanes" və "Bumeraq" zirheli texnikası da var.
Mənbə: Milli.Az

 

9 may 2015
GO BACK