Qadin.NET / Son qalamız necə alındı?

Son qalamız necə alındı?

Bu gün Azərbaycan tarixində iyirmi üç il əvvələ qədər alınmaz qala hesab edilən Şuşanı itirdiyimiz gündür. Azərbaycanın musiqi beşiyi və unikal təbiətinə görə səfalı guşəsi hesab edilən Şuşadan ANS-in Qızıl Fondunda olan son kadrlar çox təəsüf ki, başqa ab-havadan xəbər verir.
İyirmi üç il əvvəl Şuşanın işğalı ərəfəsində ölkədəki mürəkkəb ictimai-siyasi vəziyyət və cəbhə xəttindəki özbaşınalıq və xaos nəhayət ki, öz nəticəsini göstərir. Alınmaz qala bir gecə də təslim olur. Amma eyni zamanda, illər keçsə də, hələ də Şuşanın düşmən əlinə necə keçməsi hamı üçün müəmma olaraq qalır.
Qədim Qarabağ xanlığının paytaxtı hesab edilən Şuşadan bu gün bizə qalan ANS-in Qızıl Fondunda saxlanan kadrlardır. 23 il əvvəlki kadrlar. Azərbaycan xalqının mədəniyyətinin, tarixi torpaqlarının ayrılmaz parçası, alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq iyirmi üç ildir ki, düşmən tapdağındadır.
Bu gün həsrətlə baxdığımız bu görüntülərdə isə musiqi beşiyi sayılan Şuşada tankların, topların, silahların və bir də Şuşa uğrunda döyüşən hərbçilərin səsi eşidilir.
1992-ci ilin may ayının 7-si gecə saatlarında ermənilər hücuma keçirlər. Səhər saatlarına qədər davam edən artilleriya atəşi və qeyri-bərabər döyüşlərdən sonra şəhər işğal olunur.
Bütün bu hadisələr cərəyan edərkən ölkə başsız qalmışdı. 1992-ci il mayın 6-da Azərbaycan prezidentinin səlahiyyətlərini həyata keçirən Yaqub Məmmədov İrana, Ermənistanın o vaxtkı dövlət başçısı Ter-Petrosyanla görüşə gedir. İranın o vaxtkı prezidentinin vasitəçiliyi Rəfsəncaninin vasitəçiliyi mayın 7-də baş tutan görüş gecə saatlarına qədər davam edir. 
Bundan cəmi 3 saat sonra Şuşaya 3 tərəfdən hücum edilir və düşmən heç bir maneə ilə üzləşmir. 
Ona görə ki, əvvəlcədən nüfuzlu beynəlxalq qurumların Şuşaya səfər edəcəkləri xəbəri yayılır və şəhərin minalardan təmizlənməsi əmri verilir. ANS-in Qızıl Fondundakı bu kadrlar elə həmin gün lentə alınıb.
Dağlıq Qarabağın işğalı Şuşanın hücumu ilə başa çatdırılır. 

 

Mənbə:ANS PRESS

9 may 2015
GO BACK