ABŞ prezidenti Barak Obama Qələbə günü münasibətilə rusları təbrik edib.ANS PRESS-in məlumatına görə, bunu ABŞ-da Rusiya məsələləri üzrə baş məsləhətçi Selest Uollander Rusiya səfirliyində keçirilən qəbul zamanı deyib. "Bizim prezident və onun milli təhlükəsizlik məsələləri üzrə köməkçisi məndən xahiş etdilər ki, hazırkı yubileylə bağlı rus xalqına təbriklərini çatdırım. Bizim üçün ABŞ və Rusiya xalqlarının İkinci Dünya müharibəsində birlikdə qazandıqları qələbə haqqında xatirələr çox dəyərlidir. Və mən istəmirəm ki, bunda kimsə şübhə etsin", - deyə Uollander bildirib.
Baş məsləhətçi indi ABŞ-la Rusiya arasında münasibətlərdə gərgin mərhələnin olduğunu da qeyd edib. "İki ölkə arasında Avropa təhlükəsizliyinin əsasları və qlobal dünya nizamı məsələsində çox dərin alaşılmazlıqlar var", - deyən Selest Uollander onu da əlavə edib ki, Obama bu anlaşılmazlıqların həll edilməsi üçün Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarıdır.
Mənbə: ANS PRESS