Qadin.NET / Ermənistan geri çəkilir

Ermənistan geri çəkilir

 

Ermənistan geri çəkilir

Ermənistan xarici işlər naziri Eduard Nalbandyan Ermənistanın Türkiyəyə qarşı torpaq tələbinin olmadığını bildirib.
ANS PRESS-in məlumatına görə, Nalbandyan bu sözləri Vaşinqtona səfəri çərçivəsində çıxış etdiyi Milli Mətbuat Klubunda jurnalistlərin suallarını cavablandıran zaman bildirib.
Ermənistan prezidenti Serj Sarkisyanı ABŞ səfərində müşayiət edən Nalbandyan bildirib ki, ölkəsi ABŞ-ın Türkiyə - Ermənistan əlaqələrinin heç bir şərt olmadan normallaşması məsələsindəki mövqeyini dəstəklədikləyir. 
Bir jurnalistin "Ermənilərin Türkiyədən torpaq tələb etməsi" ilə əlaqədar soruşduğu suala cavab verən Nalbandyan bu iddianın Türkiyədə ortaya atıldığını deyib: "Ermənistan Respublikası heç bir zaman Türkiyədən torpaq tələb etməyib".
Əslində, Ermənistan xariСЃi işlər naziri bu sözləri deməklə qeyri-səmimilik nümayiş etdirib. Türkiyədən bir neçə vilayətin qoparılması Ermənistanın milli ideologiyasının əsasında durur. Ermənistan ilkin mərhələdə Türkiyədən Qars, İqdır, Ərdahan vilayətlərinin, daha sonra isə Ağrı, Van, Muş, Ərzurum və Artvin vilayətlərini qoparmaqla Qara dənizə çıxış əldə etmək istəyirlər. Bir neçə il əvvəl Ermənistanda məktəblilərlə görüşən Serj Sarkisyan Türkiyədəki Ağrı dağını göstərərək demişdi: “Biz Qarabağı aldıq, böyüməkdə olan nəsil isə Qərbi Ermənistanı almalıdır”. 
Nalbandyanın bu sözləri geri çəkilmə də ola bilər. Bəlkə, erməni xarici siyasətinin başçısı müdrikləşib və daha məntiqli danışmağa başlayıb. Çünki bu dünyada hər şey mümkündür, hətta ermənilərin ağıllanması da. 

 

Mənbə: ANS PRESS

8 may 2015
GO BACK