Qadin.NET / Əfsanəvi futbolçu xəstəxanaya düşdü

Əfsanəvi futbolçu xəstəxanaya düşdü

Braziliyanın futbol əfsanəsi Pele dünən növbəti dəfə San-Paulodakı "Albert Einstein" xəstəxanasına yerləşdirilib. Onun prostat vəzidən əməliyyat olunduğu deyilir. Goal.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, 74 yaşlı Pele bununla son 6 ayda ikinci dəfə həkimlərin köməyinə ehtiyac duyub. "Futbol kralı"na prostat adenoması diaqnozu qoyulub. Pele dekabr ayında da təxminən iki həftə bu tibbi mərkəzdə müalicə almışdı. Həmin vaxt onun böyrəklərində problem yaşanmışdı.Futbolçu karyerası ərzində 1280 qolun müəllifi olan Pele Braziliya millisinin heyətində 3 mundialın qalibi olmaqla da futbol tarixinə düşüb.

 

Mənbə: Milli.Az

8 may 2015
GO BACK