Qadin.NET / Putin Əliyevi təbrik elədi

Putin Əliyevi təbrik elədi

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. 
ANS PRESS-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Rusiya prezidenti həmçinin Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistana və Ermənistana da təbrik məktubu göndərib. 
Putin qeyd edib ki, "Böyük Vətən müharibəsi illərində möhkəmlənmiş qardaşlıq dostluğu indən belə də xalqlar arasında münasibətlərin möhkəmlənməsinə imkan yaradacaq, indiki və gələcək nəsillər üçün layiqli nümunə olacaq".

 

Mənbə: ANS PRESS

8 may 2015
GO BACK