Qadin.NET / Bayram günü 26Лљ isti olacaq

Bayram günü 26Лљ isti olacaq

Sabah Abşeron yarımadasında hava yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mayın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam şimal-qərb küləyinə keçəcək.
Havanın temperaturunun gecə 8-13Лљ, gündüz 15-20Лљ isti olacağı gözlənilir.
Mayın 9-da Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı etimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Bölgələrdə havanın temperaturu gecə 8-13Лљ, gündüz 21-26Лљ, dağlıq ərazilərdə gecə 2-7Лљ, gündüz 10-15Лљ isti olacaq.

 

Mənbə: ANS PRESS

8 may 2015
GO BACK