Qadin.NET / Rusiyanın məşhur verilişi Bakıda çəkildi

Rusiyanın məşhur verilişi Bakıda çəkildi

Rusiyanın ən məşhur kanallarından daha biri Azərbaycanın qonağı olub. ANS PRESS-in məlumatına görə, "Pyatnitsa" (Пятница) kanalında yayımlanan yemək və səyahət haqqında ən gözəl şou olan "Еда, СЏ люблю тебя!" ("Yemək, mən səni sevirəm!") verilişinin növbəti buraxlışı Bakıda lentə alınıb. 
Verilişdə 3 aparıcı var. Vladimir Dantes - müğənni, "Fabrika zvezd 2"nin qalibi, Eduard Matsaberidze - şoumen, aktyor, tanınmış aparıcı, Nikolay Kamka - aktyor. 
Aparıcılar Bakıda çəkdirdikləri fotoları sosial şəbəkədəki səhifələrində paylaşıblar. Artıq verilişin anonsu da yayılıb. Anonsdan onların Bakıda dəvə qutabı, paxlava, şəkər çörəyi, badımcan dolması, plov kimi qidaları dadıblar. 
Bakıda lentə alınan veriliş may ayının 11-də Moskva vaxtı ilə 19:00-da yayımlanacaq. 
Qeyd edək ki, aparıcılar hər dəfə müxtəlif ölkəyə səfər edir və həmin ölkənin mətbəxini, yemək növlərini nümayiş etdirirlər. 
Onlardan biri bahalı restoranda, biri ev şəraitində, biri isə küçə mətbəxi ilə tanış edir. Kimin hansı rolda olacağı isə püşkatma ilə müəyyən edilir. 

 

Mənbə: ANS PRESS

8 may 2015
GO BACK