Qusarda gül bayramı keçirilib
Qusarda keçirilən gül bayramı ilə bağlı rəngarəng güllərdən hazırlanan stendlər maraqlı mənzərəni ortaya çıxarıb.Qusar şəhərindəki Heydər Əliyev mərkəzində təşkil olunan gül bayramı qusarlıların əhvalına xoş ab-hava qatmışdı.Qusarın təhsil müəssisələri və müxtəlif qurumların güldən hazırladıqları kompozisiyalar təqdim olundu. Onlar içərisində Heydər Əliyev, dövlət atributları, Qusarın tarixi yerləri və müxtəlif mənzərələrin əksi olan eksponatlar maraqla izlənildi. Sərgiyə çıxarılan Heydər Əliyev fondunun binası, Qız qalası və Avropa Oyunlarının simvolu da izləyicilərin xüsusi marağı ilə qarşılandı.Qusar ərazısində Qızıl Qaya Dağ massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev Zirvəsi də güldən hazırlanan əsərlər arasında idi.
Mənbə: ANS PRESS
8 may 2015
GO BACK