Qadin.NET / Ermənistandan Türkiyə açıqlaması

Ermənistandan Türkiyə açıqlaması

 

Ermənistandan Türkiyə açıqlaması

Türkiyədən heç bir torpaq tələbimiz yoxdur.ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-da səfərdə olan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan açıqlama verib.
Jurnalistlərin suallarını cavablandıran Nalbandyan bildirib ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması üçün heç bir şərt irəli sürmür.
"Vaşinqton Ermənistanın Türkiyə ilə münasibətlərinin yaxşılaşmasını istəyir. İki ölkə arasında münasibətlərin normallaşması üçün 1915-ci il hadisələrini heç vaxt şərt olaraq irəli sürməmişik. Ermənistanın Türkiyədən heç bir torpaq tələbi də yoxdur. Bu iddia Türkiyədə ortaya atılıb", - derə Nalbandyan bildirib.

 

Mənbə: ANS PRESS

8 may 2015
GO BACK