Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, 9 may qələbə bayramının 70 illiyi münbasibəti ilə Rusiyanın paytaxtı Moskvada keçiriləcək tədbirlərdə iştirak etməyəcək. ANS PRESS-in Türkiyə prezident administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirlərdə Türkiyə səfir və ya səfirin köməkçisi səviyyəsində təmsil olunacaq.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin 1915-ci il hadisələrini “soyqırımı” kimi şərh etməsi və Ermənistanın paytaxtı İrəvanda keçirilən qondarma “soyqırımı” tədbirində iştirak etməsi iki ölkə atasında gərginliyə səbəb olmuşdu.
Mənbə: ANS PRESS