Qadin.NET / Türkiyə yeni savaşa girir

Türkiyə yeni savaşa girir

 

 

Suriyada hərbi əməliyyatlara başlamaq üçün Türkiyə Səudiyyə Ərəbistanı ilə razılaşıb.Milli.Az anspress-ə istinadən bildirir ki, Associated Press agentliyi Türkiyə hökumətindəki mənbələrinə istinadən xəbər verir.
Agentliyin xəbərinə görə, Türkiyə və Səudiyyə Ərəbistanı ilə Suriya prezidenti Bəşər Əsədi devirmək üçün müxaliflərə tam dəstək verəcəkləri barədə razılığa gəliblər.
Xəbərdə bildirilir ki, Suriyada müxaliflərə yardım barədə əldə olunan razılıq ABŞ-ı ciddi şəkildə narahat etməyə başlayıb.
Türkiyədəki mənbə agnetliyə bildirib ki, ABŞ-ın Suriya məsələsində qərarsızlığı Türkiyənin Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmasına səbəb oldu.
Mənbə: Milli.Az
8 may 2015
GO BACK