Qadin.NET / Sabah bu yollar bağlanır

Sabah bu yollar bağlanır

 

Sabah bu yollar bağlanır

Sabah Azərbaycanda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yollar məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 3-cü mərhələsinin keçirilməsi ilə əlaqədar 08.05.2015-ci il tarixdə aşağıdakı yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:
Ağdaş-Zarağan-Qəbələ yolu:
Ağdaş-Zarağan-Qəbələ yolunun Qəbələdən Zarağanadək olan hissəsi (hər iki istiqamətdə) saat 09:20-dən 09:50-dək və saat 13:30-dan14:00-dək;
Zarağan-Oğuz-Şəki yolu:
Zarağan-Oğuz yolunda Oğuz rayon mərkəzi daxil olmaqla (hər iki istiqamətdə) saat 09:30-dan 10:50-dək və 12:30-dan 13:40-dək;
Oğuz-Şəki yolunda Şəki rayon mərkəzi daxil olmaqla (hər iki istiqamətdə) saat 10:40-dan 12:40-dək.

 

Mənbə: ANS PRESS

7 may 2015
GO BACK