Mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı olub.ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni inzibati binanın açılışında iştirak ediblər.Dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib. Sonra xatirə şəkli çəkdirilib.Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub. Daha sonra dövlət başçısı veteranlarla görüşüb.
Mənbə: ANS PRESS