Qadin.NET / Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

 

Sabah hava necə olacaq?

Mayın 8-9-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. 
Havanın temperaturu gecə 8-12, gündüz 16-20 dərəcə isti olacaq. 
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-5, gündüz 8-13 dərəcə isti olacaq. 

 

Mənbə: ANS PRESS

7 may 2015
GO BACK