Qadin.NET / Ronaldodan duyğulandıran addım

Ronaldodan duyğulandıran addım

 

Ronaldodan duyğulandıran addım

Nepalda 7 mindən çox insanın ölümünə səbəb olan təbii fəlakətə dünya ulduzları da biganə qala bilmir. ANS PRESS-in məlumatına görə, Kriştiano Ronaldo zəlzələdən əziyyət çəkənlərə 7 milyon avro yardım edib. "Real Madrid"in ulduz siması pulu "Save The Children" (Uşaqları qoruyun) vəqfinə bağışlayıb. 
Futbolçu Nepalda minlərlə insanın ölümünə, yaralanmasına və evsiz qalmasına səbəb olan fəlakətə sosial şəbəkədəki səhifəsindən diqqət çəkməyə çalışıb. 
O, uşaqların belə ağır vəziyyətdən çıxarılması üçün hər kəsin səfərbər olması gərəkdiyini qeyd edib. 
Xatırladaq ki, bundan öncə də o Qəzzada hərbi əməliyyatlardan zərərçəkən uşaqlara yardım əlini uzatmış onlara 1,5 milyon avro bağışlamışdı. 
Nepalda 7,8 bal gücündə zəlzələ aprel ayının 25-də baş verib. Fəlakət nəticəsində yüzlərlə ev dağılıb. Ölənlərin sayı 8 minə yaxınlaşır. Onlarla ölkə, o cümlədən Azərbaycan Nepala humanitar yardım göndərib. 

 

Mənbə: ANS PRESS

7 may 2015
GO BACK