Qadin.NET / Bazardüzü fəth olunacaq

Bazardüzü fəth olunacaq

 

Bazardüzü fəth olunacaq

Azərbaycan alpinistləri Dağıstan Alpinizm Federasiyasının təşkil etdiyi alpiniadada iştirak etmək üçün Dərbəndə yola düşüblər.Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, onlar Dağıstandakı 4142 metr hündürlüyü olan Şalbuzlaq zirvəsinə qalxmaq üçün məşq həyata keçirirlər. Bundan başqa, azərbaycanlı və rusiyalı alpinistlər iki ölkənin sərhədində yerləşən Bazardüzü (4466 m) zirvəsinə birgə qalxmağı planlaşdırırlar.On bir nəfərlik qrupda təcrübəli alpinistlərlə yanaşı, idmanın bu növündə ilk addımlarını atan şəxslər də var.
Heyətə Azərbaycan Alpinizm Federasiyasının üzv klubları - “Nikoyl Bank”, “İrbis”, “Dağ” idman klubu” və “Dolphin Baku Diving” mərkəzinin təmsilçiləri daxildirlər.

 

Mənbə: ANS PRESS

7 may 2015
GO BACK