Qadin.NET / Ana olmaq üçün ən təhlükəli varlı ölkə

Ana olmaq üçün ən təhlükəli varlı ölkə

 

Ana olmaq üçün ən təhlükəli varlı ölkə

“Uşaqları xilas edin!” (Save the Children) qeyri-hökumət təşkilatı anaların xoşbəxt olduğu ölkələrlə bağlı illik hesabat hazırlayıb. 
ANS PRESS-in məlumatına görə, təşkilatın dərc etdiyi hesabata əsasən, varlı ölkələr arasında doğuş zamanı ananın ölmə ehtimalı ABŞ-da daha yüksəkdir. ABŞ-da uşaq doğuşu zamanı ananın ölmə ehtimalı Belarusdakından 10 dəfə artıqdır.
"State of the World’s Mothers 2015" adlı hesabatın nəticələrinə əsasən, Amerika qadını üçün hamiləlik dövründə və ya doğuş zamanı ölüm ehtimalı Avstriyadakı və ya Polşa və Belarusdakı qadın üçün hesablanmış ehtimaldan orta hesabla 10 dəfə daha yüksəkdir.
Rifah əmsalına görə ABŞ dünyanın dördüncü ölkəsi sayılsa da, doğuş zamanı ölüm hallarına görə dünya ölkələri arasında 33-cü yeri tutub, bu isə keçən ildəki göstəricidən iki pillə geridir.
Körpə ölümü riski inkişaf etmiş ölkələrin 25 paytaxtı arasında Vaşinqtonda daha böyükdür. 2013-cü ildə hər 1000 doğuşa 6,6 ölüm halı qeydə alınıb.
Bu, ABŞ-ın Kolumbiya dairəsi üçün ən aşağı göstərici sayılsa da, Stokholm və Tokio üçün müvafiq göstəricilərdən 3 dəfə çoxdur. Vaşinqtonun yoxsul rayonlarında isə uşaqlar arasında ölüm hadisələri varlı rayonlardan olan uşaqlar üçün müvafiq göstəricini 10 dəfə üstələyir.
Şəhər əhalisinin sayı artdıqca, varlı və yoxsul uşaqların sağlamlıq durumu arasında fərq də artmaqdadır. Hesabatda Kampala və Əddis-Əbəbə şəhərləri də daxil olmaqla dünyanın paytaxt şəhərlərində doğuş zamanı anaların və körpələrin ölüm əmsalının azalması qeyd olunub.
Lakin eyni zamanda həmin statistikanın, əsasən, yalnız varlı sakinlər üçün müsbət olduğu, varlı və yoxsul uşaqlar arasında ömür müddəti fərqinin artdığı vurğulanıb. Yoxsul ölkələrdə uşaqlar arasında ölüm riski digər həmyaşıdlarına nisbətən 3-5 dəfə çoxdur. Bu fərq xüsusilə Bangladeş, Qana, Hindistan, Keniya, Nigeriya, Peru and Vyetnam kimi ölkələrdə daha çox nəzərə çarpır. Bununla belə, Misir paytaxtı Qahirədə və Qvatemala Siti şəhərlərində körpələr arasında ölüm halları əmsalının azaldığı, həmin şəhərlərdə yoxsul və varlı ailələrin uşaqları arasındada ölüm əmsalında fərqin nisbətən daha az olduğu bildirilib.
Sıralamada ön cərgədə Şimali Avropa ölkələri gedir – ilk beşlikdə Norveç, Finlandiya, İslandiya, Danimarka və İsveç yer alıblar. İlk 30 ölkədən 25-i Avropada yerləşir.
Afrikada ərazisində müharibə getdiyi ölkələr cədvəlin ən aşağı hissəsində yer alıblar – Mali, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası və Somalidə vəziyyət daha acınacaqlıdır. Çədvəldə bəzi ölkələrin tutduğu yerlər də maraq doğurur, belə ki 179 ölkə arasında Britaniya 24-cü, Rusiya 56-cı, Çin 61-ci, Türkiyə 65-ci, İran 84-cü, Azərbaycan 90-cı, Özbəkistan 118-ci, Hindistan 140-cı, Pakistan 149-cu, Əfqanıstan 152-ci yeri tutub.

 

Mənbə: ANS PRESS

7 may 2015
GO BACK