Qadin.NET / Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama

Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama

 

 

İnstagram-da "myassthetics" nikli bloqerin Qız qalasında lüt foto çəkdirərək yayması ilə bağlı məsələ araşdırılır.İnstagram-da @myassthetics profili ilə məşhur olan, dünyanın bir çox yerlərində olan əcnəbinin son dayanacağı paytaxtımız Bakı olub. Qız qalasının başına çıxıb üzü İçərişəhər tərəfə dayanıb şəkil çəkdirən kişi yenə də anadangəlmə lüt olub.
Milli.Az Day.Az-a istinadən bildirir ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mətbuat xidmətindən verilən məlumata görə, qalmaqallı foto sözügedən strukturun xəbəri və icazəsi olmadan çəkilib.
"Araşdırmalara başlamışıq. Bu adamın fotonu çəkməyə necə nail olduğunu aydınlaşdırmaq istəyirik. Günahkarlar cəzalandıralacaqlar. "İçərişəhər" rəhbərliyi araşdırmanın nəticələri barədə təcili xəbər verəcək", - açıqlamada deyilir.
Mənbə: Milli.Az
7 may 2015
GO BACK