Qadin.NET / Bakıda hərbi keçid olacaq

Bakıda hərbi keçid olacaq

TREND xəbər verir ki, faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinin kursant və müdavimləri Bakının mərkəzi küçələrində nizami hərbi keçid edəcəklər.
Daha sonra kursant və müdavimlərin Azadlıq meydanında hərbi marşın sədaları altında tribunanın qarşısından keçəcəyi gözlənilir.
Xəbəri Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiq edərək bildiriblər ki, hərbi keçidin vaxtı və qrafiki barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Mənbə: Milli.Az

7 may 2015
GO BACK