Qadin.NET / ABŞ tankları sərhədimizə çatdı

ABŞ tankları sərhədimizə çatdı

ABŞ tankları sərhədimizə çatdı
ABŞ silahlı qüvvələrinin ağır hərbi texnikası Gürcüstana daxil olub.
ANS PRESS-in məlumatına görə, hərbi texnika Batumi limanından Gürcüstana girib. 
Gürcüstan və ABŞ-ın “Noble Partner” hərbi təlimləri mayın 11-dən 15-dək keçiriləcək.
Hərbi təlimlərlə əlaqədar ABŞ Gürcüstana 14 "Bredli" piyada döyüş maşını, logistika və təlimlər üçün nəzərdə tutulmuş təchizatın təminatı üzrə maşınları Vaziani hərbi bazasına dəmir yolu vasitəsilə göndərib.
Qeyd edək ki, Gürcüstan-ABŞ “Noble Partner” təlimləri hərbi aerodromda və Vaziani (Tiflisin yaxınlığında) poliqonunda keçiriləcək. Mayın 11-də başlayacaq təlimlərdə "Alfa" bölüyündən təxminən 600 amerika və gürcü hərbçisinin iştirak edəcəyi gözlənilir.
Həmçinin təlimlərdə Gürcüstanın qoşunlarının birinci piyada briqadasının 12 batalyonu iştirak edəcək.
Gürcüstan Müdafiə Nazirliyi qeyd edib ki, təlimlərin məqsədi NATO-nun gələcək əməliyyatlarında iştiraka hazırlığın artırılmasıdır.

Mənbə: ANS PRESS

6 may 2015
GO BACK