Qadin.NET / Türkiyə İrəvana xəbərdarlıq etdi

Türkiyə İrəvana xəbərdarlıq etdi

Türkiyə İrəvana xəbərdarlıq etdi
Ermənistanın "Metsamor" atom elektrik stansiyası (AES) bütün bölgə üçün real təhlükədir. ANS PRESS-in məlumatına görə, Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bu barədə açıqlama verib. 
Onun sözlərinə görə, Türkiyə Ermənistanın elektrik enerjisinə ehtiyacı olduğuna görə istismarı olduqca riskli olan bu AES-i görməzdən gəlməməlidir.
Qeyd edək ki, "Metsamor" AES 1970-ci ildə tikilib. Mütəxəssislərin fikrincə, AES regiondakı seysmik aktivlik səbəbindən təhlükə daşıyır.

Mənbə: ANS PRESS

6 may 2015
GO BACK